Platformadan istifadə qaydaları: hesab, təhlükəsizlik, icazələr, qadağan davranış və öhdəliklər.
Sistemə giriş və ya istifadə bu İstifadə şərtlərinin qəbulu sayılır.
1. Kimə aiddir
- Bu şərtlər məkan sahibi, director, admin, resepsiya, ofisiant və digər işçi hesablarına aiddir.
- Müştəri (məkan) öz işçilərinin bu qaydalara riayət etməsinə cavabdehdir.
- Ziddiyyət yaranarsa, Xidmət müqaviləsi kommersiya/ödəniş məsələlərində, bu sənəd isə istifadə davranışı üzrə tətbiq olunur.
2. Hesab və giriş
- Hər istifadəçi yalnız özünə verilmiş hesabla daxil olmalıdır. Hesabın başqasına ötürülməsi qadağandır (sahibkarın yazılı razılığı olmadan).
- Şifrə və giriş məlumatları məxfi saxlanmalıdır. Şübhəli giriş və ya sızma dərhal sahibkara və mümkün olduqda Heselo-ya bildirilməlidir.
- Director e-poçtu və digər əlaqə məlumatları aktual saxlanmalıdır.
3. İcazələr və qoruma kodu
- İşçi icazələri sahibkar / səlahiyyətli şəxs tərəfindən qurulur. Kimə hansı hüququn verilməsi Müştərinin məsuliyyətidir.
- Qoruma kodu həssas əməliyyatlar üçündür. Kodun işçiyə və ya üçüncü şəxsə sızdırılmasına Heselo cavabdeh deyil.
- Qoruma kodu tələb olunan əməliyyatı kod olmadan keçirməyə cəhd etmək qadağandır.
4. Düzgün istifadə
İstifadəçilər Sistemi yalnız məkanın qanuni biznes əməliyyatları üçün istifadə etməlidir:
- rezervasiya, sessiya, kassa və hesabatların düzgün qeydi;
- müştəri və ödəniş məlumatlarının həqiqətə uyğun daxil edilməsi;
- Heselo bələdçilərinə və məkan daxili qaydalara riayət.
5. Qadağan olunan hərəkətlər
- Sistemi sındırmaq, təhlükəsizliyi aşmaq, reverse engineering və ya zərərli proqram yerləşdirmək.
- Digər məkanların və ya istifadəçilərin məlumatına müdaxilə etmək.
- Saxta rezervasiya, saxta ödəniş, borcun gizlədilməsi və ya hesabatların bilərəkdən təhrif edilməsi.
- Avtomatik skript / bot ilə icazəsiz kütləvi sorğu və ya məlumat çıxarılması (Heselo-nun yazılı icazəsi olmadan).
- Qanunsuz məzmun saxlamaq və ya Sistemi qanunazidd məqsədlə istifadə etmək.
- Brend, loqo və ya interfeysi Heselo razılığı olmadan kopyalamaq və təkrar satmaq.
6. Məlumatlar və yoxlama
- Məkana aid əməliyyat məlumatlarının düzgünlüyünü yoxlamaq Müştərinin və istifadəçilərin borcudur.
- Hesabatların müntəzəm Excel / export ilə yedəklənməsi tövsiyə olunur; ətraflı qaydalar Xidmət müqaviləsindədir.
- Şəxsi məlumatlar (qonaq, işçi) yalnız qanuni əsas və məkan ehtiyacı çərçivəsində emal edilməlidir.
7. Dayandırma
- Bu şərtlərin pozulması Heselo-ya girişi məhdudlaşdırmaq və ya dayandırmaq hüququ verir.
- Ciddi pozuntu Xidmət müqaviləsi üzrə xitam və borc tələbi ilə birlikdə tətbiq oluna bilər.
- Təhlükəsizlik riski olduqda Heselo dərhal müvəqqəti tədbir görə bilər.
8. Əqli mülkiyyət
- Sistemin proqram təminatı, dizaynı və sənədləri Heselo-ya məxsusdur.
- Müştəriyə yalnız Xidmət müqaviləsi və Plan çərçivəsində istifadə hüququ verilir; mülkiyyət ötürülmür.
9. Dəyişikliklər
- Heselo bu İstifadə şərtlərini yeniləyə bilər. Yenilənmiş mətn Sistem → Sənədlər bölməsində dərc olunur; əhəmiyyətli dəyişiklikdə director e-poçtuna bildiriş göndərilə bilər.
- Dərcdən sonra Sistemdən istifadənin davamı qəbul sayılır.
10. Hüquq və dil
- Bu şərtlər Azərbaycan Respublikasının qanunvericiliyinə tabedir.
- Dillər ziddiyyət təşkil edərsə, Azərbaycan dili üstünlük təşkil edir.